Stallone əfsanəvi filmin 5-ci seriyası ilə geri dönüşə hazırdır. Elə biz də buna hazırıq!
Son günlərdə Rambo 5 haqqında dedi-qodular yayılmaqdadır. Görünür, Con Rembonu yenidən o pulemyotun arxasında görəcəyik.
Bəzi iddialara əsəsən, rejissorluğu da məhz Stallone yerinə yetirə bilər. Filmin mövzusu isə bu dəfə narkotik alverçiləri ilə mübarizə ətrafında olacaq.
Deadline xəbər saytının yaydığı xəbərə əsasən, artıq film çəkilişləri sentyabrda başlayacaq. Filmin prodüseri isə Cəhənnəm Mələkləri (1,2,3), Texas Qətliamı 3D kimi məşhur filmlərin prodüseri Avi Lerner-dir.
Rambo 5-in qısa xülasəsi
Con Rembo dostunun qaçırılmış qızını xilas etmək üçün Amerika sərhədlərini aşaraq Meksikaya gəlir. Burada o, Meksikanın ən təhlükəli cinayət və narkotik şəbəkəsi ilə üzləşmək məcburiyyətində qalır. Təsəvvür etmək çətin deyil ki, Rembo bu cinayətkarların başına gələn ən bədbaxt hadisə olacaq.
Filmin son seriyası Rambo 4-də də rejissorluğu Silvestr Stallonenin etməsi onun yenidən bu işi öz üzərinə götürməsi iddialarını gücləndirir. Təxminən, 2020-ci ildə filmi kinoteatrlarda görmək mümkün olacaq.