Sevgilinizin ürək döyüntülərini barmağınızda hiss etdirən ağıllı üzük!

HB Ring adlı ağıllı üzük sayəsində sevgilinizin ürək döyüntülərini anbaan hiss edib, siz də ürək döyüntülərinizi sevgilinizlə paylaşa biləcəksiniz. Sevdiyiniz şəxsə səni sevirəm söyləmənin bir çox fərqli yolu vardır deyə həmişə deyirlər, bu yol isə həqiqətən də fərqlidir. Tam mənasıyla romantik cütlüklər üçün hazırlanmış olan HB Ring adlı ağıllı üzüklə sevgilinizin ürək döyüntülərini barmağınızda hiss edəcək, hətta müxtəlif mesajlar verə biləcəksiniz.


Paslanmayan poladla qorunan və tamamilə safir kristal gövdədən ibarət bu üzük digər kristal üzüklərin yanında ağıllı olmasıyla diqqətləri üstünə çəkir. Zərif dizaynından əlavə bəzi funksiyaları olan bu üzüklə nəbzinizi ani olaraq üzüyü taxan sevgilinizlə paylaşa bilirsiniz. Üzüyün üstündə olan qırmızı işığı yandıraraq sevgilinizə "Səni düşünürəm, sənin üçün darıxıram" kimi mesajlar göndərə bilirsiniz. Siz sevgilinizə bir mesaj çatdırmaq istədiyinizdə sevgilinizin üzüyündə bu işıq yanır. Smartfon tətbiqiylə nəzarət edilə bilən bu üzük 2 avqust tarixindən etibarən satışa çıxacaq. Üzüyün qiyməti satışda 600 dollardan başlayacaq. Üzüklə əlaqədar təqdimat videosunu aşağıdan izləyə bilərsiniz: Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .