Schiaparelli -i Avropalılar itirdi, Amerikalılar tapdı !

Avropa və Rus kosmos agentliklərinin ortaq işiylə Marsa endirilən ancaq səthdə itirilən Schiaparelli kosmik aparatının başına nə gəldiyini NASA təsbit etdi. Avropa Kosmos Agentliyi (ESA) və Rus Kosmos Agentliyi Roscosmosun ortaq layihəsi olan ExoMars daxilində Marsa endiriləcək iki kosmik aparatdan ilki olan Schiaparelli 19 Oktyabrda səthə enmiş ancaq kosmik aparatdan bir daha xəbər alına bilməmişdi. Günlərdir Mars səthində itirdikləri kosmik aparatı axtaran avropalılara pis xəbəri isə NASA verdi. Mars orbitinə daha əvvəl yerləşdirdiyi Mars Reconnaissance Orbiter (MRO) peyki ilə səthi darayan NASA Schiaparelli-nin parçalanmış gövdəsinin fotoşəkillərini çəkməyi bacardı. Minlərlə metrdən aşağı düşmüş MRO-nun Schiaparelli-nin eniş bölgəsində təsbit etdiyi və daha əvvəl orada olmayan qara krater və kölgələrin kosmik aparatın yüksəkdən düşərək parçalanmış olduğu şübhəsini doğurdu. NASA parçalanan kosmik cihazın yerini tam olaraq təsbit etdiyi üçün MRO-nun bölgə üzərindən yenidən keçişi əsnasında daha ətraflı və yüksək keyfiyyətli fotoşəkillər çəkmək üçün peykin kameralarını o nöqtəyə yönləndirəcək .


Bu səbəbdən önümüzdəki günlərdə Schiaparelli-nin Mars səthindəki vəziyyəti haqqında daha dəqiq fotoşəkillər ortaya çıxacaq. ABŞ-dan başqa bir kosmos agentliyi tərəfindən Marsa bir kosmik aparat endirilməsi çox əhəmiyyətli bir inkişaf olaraq qəbul edilirdi. Ancaq Schiaparelli-nin eniş əsnasında parçalanmasıyla bu planlar hələlik pozuldu. ESA və Roscosmos önümüzdəki aylarda yola çıxacaq ikinci kosmik aparatdan daha etibarlı hesab edilirlər . ExoMars proqramı ilə Marsa çatacaq yeni kosmik aparat Schiaparelli-dən fərqli olaraq səthdə sabit qalmayacaq, rahatca hərəkət edərək ətrafda araşdırma və analizlər edə biləcək. Proqramın əsl məqsədinin isə Marsda mikrobik həyat ola biləcəyi ehtimalına dair dəlillər tapmaqdan ibarətdir . Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .