SanDisk-dən 1000 GB-lıq yaddaş kartı!

SanDisk 1TB yaddaşa sahib yaddaş kartını təqdim etdi. Flash yaddaş istehsalçısı SanDisk Photokina 2016 fotoşəkil nümayişində 1 terabayt (1000GB) tutumlu , yəni SDXC yaddaş kartını təqdim etdi. SanDisk istehsalçısı Western Digital ilk SanDisk 64MB SD kartını 16 il əvvəl təqdim etdi . Yeni təqdim olunan kart böyük bir tutuma sahib olsa da normal bir yaddaş kartı kimi eyni ölçüdə qalır.


SanDisk 1TB SD kartın iri tutumlu faylların saxlanılması üçün çox əlverişli olacağı və böyük həcmli tətbiqlərin daha rahat istifadə edilə biləcəyi gözlənilir . Yaddaş kartı hələ prototip mərhələsində olduğu üçün qiyməti bilinmir , ancaq 512 GB SDXC kartın 800 $ kimi yüksək bir qiymətə sahib olacağı gözlənilir . Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .