Texnologiya nəhəngi Samsung bir neçə gün öncə etdiyi bir şərhlə yeni nəsil ekran texnologiyasını SID Display Week 2016da nümayiş etdirəcəyini bildirmişdi. Firmanın "yuvarlana bilən" ya da qatlana bilən ekranların yanında virtual reallıq cihazları və holoqram texnologiyası üçün də OLED ekranlar nümayiş etdirməsi gözlənilirdi.
Hazırda qatlana bilən ekranlara dair çox sayda patenti olan firmanın bu istiqamətdə ilk cihazı istifadəyə verməsi heçkəs üçün sürpriz olmadı. Konfransda iştirak edən iştirakçılardan biri tərəfindən yayımlanan videoda ekranın necə qatlanması da aydın görünür .
SamMobile'da yayımlanan xəbər görə ekran 5.7 düym ölçüsündə, Full HD və 386 ppi dəyərində piksel sıxlığına sahibdir . 0.3 mm-lik qalınlığa sahib ekran 10R'lıq dönmə qabiliyyətinə malikdir .
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .