Samsung-un vitse-prezidenti Lee Jae-yong həbs olunub. Onun həbs olunması üçün keçən ay müraciət olunsa da, günahını isbat edəcək dəlil çatışmazlığı səbəbi ilə azad buraxılmışdı. Bu dəfə yeni iddialar da əlavə edən məhkəmə rüşvət skandalı ilə bağlı bir neçə maddəni əsas tutaraq Lee Jae-yongu həbs edib. O, ən az 1 il, digər iddialar da sübuta yetirilərsə 18 ay həbsdə qalacaq.