Samsung səlahiyyətliləri səhnədə diz çökərək müştərilərindən üzr istədilər!

Tarixin ən böyük rüsvayçılıqlarından biri olan Galaxy Note 7-nin partlaması xəbərlərinin ardından Samsung səlahiyyətliləri təşkil etdikləri tədbirlə müştərilərindən diz çökərək üzr istədilər! Galaxy Note7 həm Samsung-un, həm də texnologiya dünyasının ən böyük rüsvayçılıqlarından biri oldu. Cihazın satışa təqdim edildiyi andan etibarən dünyanın fərqli bölgələrindən batareyaya bağlı olaraq partlaması xəbərləri gəldi, hətta yenilənən batareyalara baxmayaraq partlamaların qarşısı alına bilmədi. Şirkətin milyardlarla dollar zərərinə və prestij olaraq da böyük zərbə almasına səbəb olan bu vəziyyətin ardından Samsung Mobile Başçısı Dong-Jin Koh təşkil etdiyi bir mətbuat konfransında əyilərək bütün müştərilərindən üzr istəmişdi. İndi isə şirkətin öndə gələn səlahiyyətliləri Çində təşkil edilən bir tədbirdə səhnəyə çıxaraq diz çökdülər və yaşadıqları kədəri təkrar dilə gətirdilər. Bu hərəkət Çin ənənələrində hörmət göstəricisi olaraq qəbul edildiyi üçün bəzi istifadəçilər tərəfindən qəti şəkildə tənqid olundu. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .