Samsung-da yeni problem: Paltaryuyan maşınlar !

Son dövrdə ortaya çıxan Galaxy Note 7 probleminin ardından indi də paltaryuyan maşın problemi ortaya çıxdı . Amerikada olan 34 fərqli model paltaryuyan maşında problem ortaya çıxdı. Şirkət bu hadisəyə görə 2.8 milyon paltaryuyan maşınını geri çağırmaq qərarını verdi . Geri çağırılan paltaryuyan maşınlara 2011-ci ilin mart və 2016-cı ilin noyabr ayları arasında Amerikada satılan 34 dəyişik model daxildir . Gələn məlumatlara görə bəzi parçaların bir-birindən ayrıldığı və potensial yaralama riski daşıması səbəbiylə geri çağırıldığı deyilir. İndiyə qədər 733 paltaryuyan maşınında bəzi parçaların qopduğu və tarazlığını itirdiyi bildirilir . 150 DOLLAR Ödəmə Ediləcək . Samsung parçaların dəyişdirilməsini və pulsuz təmir edəcəyini açıqlayıb və 1 il zəmanət müddəti verdiyini də qeyd edib . Digər bir variant olaraq isə başqa bir məhsul ilə dəyişmə haqqı verən şirkət istifadəçilərə 150 ​​dollar ödəmə edəcəyini bildirdi . Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .