Son dövrdə ortaya çıxan Galaxy Note 7 probleminin ardından indi də paltaryuyan maşın problemi ortaya çıxdı . Amerikada olan 34 fərqli model paltaryuyan maşında problem ortaya çıxdı. Şirkət bu hadisəyə görə 2.8 milyon paltaryuyan maşınını geri çağırmaq qərarını verdi .
Geri çağırılan paltaryuyan maşınlara 2011-ci ilin mart və 2016-cı ilin noyabr ayları arasında Amerikada satılan 34 dəyişik model daxildir .
Gələn məlumatlara görə bəzi parçaların bir-birindən ayrıldığı və potensial yaralama riski daşıması səbəbiylə geri çağırıldığı deyilir.
İndiyə qədər 733 paltaryuyan maşınında bəzi parçaların qopduğu və tarazlığını itirdiyi bildirilir .
150 DOLLAR Ödəmə Ediləcək .
Samsung parçaların dəyişdirilməsini və pulsuz təmir edəcəyini açıqlayıb və 1 il zəmanət müddəti verdiyini də qeyd edib . Digər bir variant olaraq isə başqa bir məhsul ilə dəyişmə haqqı verən şirkət istifadəçilərə 150 dollar ödəmə edəcəyini bildirdi .
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .