Ötən günlərdə ortaya çıxan xəbərlərlə birlikə  Samsung şirkətinin yeni mobil telefonu Galaxy S8-i fevral ayının sonlarına doğru təşkil olunacaq Mobil Dünya Konqresi (MWC) yerinə Mart ayında Samsung-un keçirəcəyi tədbirdə təqdim edəcəyi və MWC-ni boş keçməmək üçün yeni planşeti Galaxy Tab S3-ü bu mərasimdə təqdim edəcəyini açıqladı. Rəsmilər cihazın texniki funksiyaları haqqında çox məlumat verməsə də, dizaynı haqqında bəzi məlumatlar var. 
Belə ki, Samsung-un "edge" ekranı Galaxy Tab S3 modeliylə birlikdə planşetlərə də əlavə olunacaq və Samsung  Mobil Dünya Konqresində ilk "edge" ekranlı planşetini təqdim edəcək.
Xüsusilə "Apple"-ın hakim olduğu planşet bazarında üst səviyyədə olan Tab S3 ilə vacib addımlar atmaq istəyən Samsung-un yeni planşeti texniki xüsusiyyətləri baxımından da üstün olacağı düşünülür. Planşetin bütün real detallarını 26 fevral-da Mobil Dünya Konqresində öyrənəcəyik.
                            
                            
    
                        
                        Samsung Galaxy Tab S3 "edge" (curved ekran) ilə təqdim ediləcək!