Bu addımdan sonra Samsung ilə Microsoft arasında yeni bir əməkdaşlıq görə bilərik. Microsoft-un Galaxy S8-ə qazandıracağı şeylər çoxdur. Galaxy S8 istifadəçiləri üçün Microsoft Office, OneDrive, Cortana, Outlook və buna bənzər digər Microsoft tətbiqlərini təqdim edən Microsoft şirkəti bəziləri daha öncədən olsa da bəzi məhsullarını ilk dəfə təqdim edir.
Microsoft-un Windows 10 Mobile ilə satışa çıxartdığı Lumia smartfonlarının artıq tükənmə nöqtəsinə gəldiyi üçün Microsoft-un mobil sektorda yeni addımlar atması və bunu dünyanın ən çox smartfon satan firmalarından biri ilə etməsi tamamilə normal qarşılanmalıdır.