Samsung Apple-a təzminat ödəyəcək
Texnologiya dünyasının iki böyük rəqibi arasındakı patent döyüşü üçün məhkəmə prosesi başa çatıb.
RƏQƏM 120 MİLYON DOLLARA DÜŞDÜ
2012-ci ildə tarixin ən böyük patent iddialarından biri rekord bir təzminat ilə nəticələnmiş, Samsungun 3 fərqli patent üçün Apple-a 2.2 milyard dollar ödəməsinə qərar verilmişdi.
2014-ci ildə Cənubi Koreya mərkəzli şirkətin etirazı ilə bu rəqəm 120 milyon dollara endirilmiş, bununla kifayətlənməyən Samsung etiraz etmişdi.