Tibb dünyası bu əməliyyatdan danışır. Ağıllı toxuma robotu ən çətin cərrahi əməliyyatlardan olan bağırsaq əməliyyatının böyük hissəsini öz başına etdi. Gələcəkdə insan cərrahlara ehtiyac qalmaya bilər .
Elm adamları, əsasən müstəqil hərəkət edən bir robotun ən çətin müdaxilə edilən orqanlardan biri olan bağırsaq toxumalarını tikə bilməsini sübuta yetirdilər . "Science Translational Medicine" jurnalında nümayiş olunan hesabatda," STAR (Smart Tissue Autonomous Robot) "adı verilən robotun laboratoriyada canlı bir heyvanın bağırsaqları üzərində müvəffəqiyyətli bir əməliyyat reallaşdırdığı ifadə edildi. Bağırsaq əməliyyatları, orqanın yumşaq, sürüşkən və deşilməyə həssas quruluşu səbəbiylə ən çətin cərrahi müdaxilələr arasında yer alır.
Ustalıqla tikdi !
"Vaşinqtondakı Milli Uşaq Xəstəxanası və John Hopkins Universiteti araşdırmaçıları, üç ölçülü görünüşə və son dərəcə inkişaf etdirilmiş sensora sahib robotun cərrahi alətləri son dərəcə ustalıqla istifadə etdiyini bildirirlər . Araşdırmaçılar Starın sahib olduğu xüsusiyyətləri son dərəcə çətin olan yumşaq toxuma əməliyyatında müvəffəqiyyətlə istifadə etdiyini bildirirlər .
Robot cərrahlar daha müvəffəqiyyətlidirlər .
Ənənəvi əməliyyat üsulunun robot cərrahı ilə müqayisəsindəki hesabatda araşdırmaçılar STAR sistemi tərəfindən edilən əməliyyatın daha çox müvəffəqiyyətli olduğunu qeyd etdilər. Hesabatda Hollywood kinosunun kompüterlə vizual efekt yaratmaq üçün istifadə etdiyi üz darama proqramlarına bənzər bir proqramla təchiz edilən robotun göstərmə və qəbul etmə sistemləri sayəsində yumşaq toxuma üzərində çox həssas əməliyyatları belə edə bildiyi vurğulandı .
İLDƏ 45 MİLYON XƏTASIZ ƏMƏLİYYAT
Amerika Elmi İnkişaf Dərnəyinin (AAAS) hesabatına görə robot cərrahlar hər il yalnız ABŞ-da edilən 45 milyon yumşaq toxuma əməliyyatında insan səhvini azaldaraq daha etibarlı və təsirli bir nəticə çıxara bilər. Gələcəkdə əməliyyatların təcrübəli cərrahların nəzarəti ilə robotlar tərəfindən edilə bilməsi ümidini artıran STAR elm dünyasında da həyəcanla qarşılandı. Robot cərrahların xüsusilə kosmos stansiyaları kimi çətin mühitlərdə insan cərrahların yerini ala biləcəyi düşünülür.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .