Dünyada vətəndaşlıq alan ilk robot kimi tarixə keçən Sofiyanın artıq vizası da var.
Səudiyyə Ərəbistanından vətəndaşlıq alan və şəxsiyyət vəsiqəsinə sahib olan ilk robot kimi tarixə düşən Sofiya "Bakı Beynəlxalq Havalimanı"nda viza alaraq bir daha tarixə düşdü. Elektron vizaya sahib olan Robot Sofiya ölkəmizə tədbirlərdə çıxış etmək üçün dəvət edilmişdi və onun dünya turu hələ də davam edir. 2016-cı ildə tanıdılan Sofiyaya Səudiyyə Ərəbistanı tərəfindən vətəndaşlıq verilmişdi. Beləliklə də o, dünyada vətəndaşlıq əldə edən ilk robot olmuşdu.
Bəs, Sofiya necə yaradılıb?
Robot Sofiya Hanson Robotics-in beyin komandası tərəfindən inkişaf etdirilib. Komanda bu insanabənzər robotu yaradarkən aşağıdakı göstəriciləri hədəfləmişdi:
- İnsanları narahat etməyən bir görünüş
- Real insanlara xitab edə biləcək estetika
- Bütünləşmiş sosyal həssaslıq və s.
Robot Sofiya necə bu qədər məşhur oldu?
Süni zəka Sofiyanın bu qədər çox diqqət çəkməsinin ən əsas səbəbi insanların ona verdiyi suallara zarafatla və ağıllı cavab verməsidir. Sofiyanın süni zəkası və görünüşü o qədər böyük dəqiqliklə planlanıb ki, qısa müddət ərzində bu insanabənzər robot verilən suallara gülümsəməsi, insanların üz ifadələrini anlaması, danışarkən göz təması qurması və üzləri tanıması ilə hər kəsi heyran qoymağı bacardı.
Bütün bu işlər və "şouları" sadəcə məşhurluğa sahib olmaq üçün atılan addım kimi də şərh etmək olar. Belə ki, bu insanabənzər robotun hazırlanmasında başqa bir məqsəd və səbəb yoxdur, əziz "Texnologiya.az" izləyiciləri.