Red Dead Redemption 2 PC üçün də təqdim edilə bilər.( VİDEO)

Bu oyun çox gözəl bir hiss yaradır insanda və keçmiş dövrü insanın gözündə canlandırır.

Rockstar tərəfindən hazırlanan və konsol oyunçularının sevdiyi Western həyatını əks etdirən Red Dead Redemption oyunun 2-ci versiyası PC üçün də təqdim edilə bilər. Beləki 1-ci versiyası PC üçün təqdim edilməmişdi. Sonradan Playstation oyununu PC üçün çervirsələrdə( yəni playstation diskindən istifadə edərək PC üçün oyun hazırlanması) alınan nəticə çox pis oldu və oyunda donmalar və droplar mövcud idi.

Yayılan xəbərlərə görə Rockstar proqramçısı Linkedin vasitəsi ilə Red Dead Redemption 2 oyunun PC versiaysının çıxacağını qeyd edib. Həmin proqramçı üstündə işlədiyi oyunların siyahısını qeyd edib və orada Red Dead Redemption 2-nin yanında PS4/XBOX/PC qeyd olunub. Bu oyunun PC üçün çıxacağı qeyd edilməmişdi. Oyunun 2-ci versiyası 26 oktyabrda təqdim ediləcək. Əgər oyunun PC versiyası çıxsa, oyunçular üçün çox gözəl bir xəbər olar.

Red Dead Redemption 2 oyunun videosunu sizlərə təqdim edirik.