Populyar texnologiyalardakı nəhəng kod sayları ("Google" tozu dumana qatıb)

Google, Facebook kimi məşhur saytlarla birlikdə bəzi məşhur texnologiyalarda olan kod saylarının olduğu qrafiklər dərc olundu. Business Insider, içində Google və Facebook kimi məşhur saytların da yer aldığı, hər birinin sahib olduğu ümumi kod sayını göstərən cədvəllər dərc etdi. Diqqət cəlbedici rəqəmlərin yerləşdiyi cədvələ baxdığımızda Google-ın bütün xidmətləri daxil olmaqla (Google Maps, Gmail, Gdrive, Picasa, Google Earth kimi) ümumi 2 milyard sətirlik kodla çalışdığı görülür. Facebook-dakı kod sayı isə Google-a nisbətlə dəvədə qulaq qalır (61 milyon).

Bunlardan əlavə ortalama bir iPhone tətbiqinin 40 min, Android əməliyyat sisteminin 11 milyon 80 min, Firefox brauzerin 9.9 milyon və HD DVD Player-in 4.5 milyon sətir koda sahib olduğu görünür. (Cədvəldə F-35 döyüş təyyarəsindəki kod sayı belə paylaşılıb.)

Verilən linkə daxil olaraq 100 mindən etibarən başlayan və 2 milyarda qədər davam edən kod saylarına sahib məşhur texnologiya məhsullarının olduğu cədvəllərə baxa bilərsiniz : http://www.informationisbeautiful.net/visualizations/million-lines-of-code/ Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .