Peugeot Opel-i satın alır!

General Motors ilə Peugeot arasında Opel-in satılması ilə bağlı danışıqlar aparılıb.
Almanyada yayılan xəbərlərə görə Peugeot ilə birlikdə Citroen ve DS kimi markalara sahib olan PSA Group şirkəti General Motors ilə Opel-i satın almaq mövzusunda danışıqlar aparıb. Bu xəbərdən bir neçə gün sonra məlumatın doğruluğu təsdiq edilib.

İki şirkətin birlikdə verdiyi açıqlamada belə deyilir: " General Motors və PSA Group 2012-ci ildən bu yana Avropadakı 3 proyekti əhatə edən bir ittifaq tətbiq edir və iki qrup üçün də mühüm irəliləyişlər əldə edilir. Bu zəmində General Motors və PSA Group bir qayda olaraq şərikli genişləndirmə və iş birliyi nümayiş etdirir."




Hələ ki, tam razıığın əldə edilmədiyi və görüşlərinin davam etməsi barədə iddialar olan mövzu ilə əlaqədar yerli saytlarda "PSA Group və General Motors PSA-nın Opel Vauxhall-u satın alması da daxil olmaqla bir neçə əlavə məsələ haqqında da razılığa gəlir" ifadəsinə yer verilib.