PayPal artıq Windowsda olmayacaq!

Windows Phone'dan ümidini kəsən tətbiqlərə daha bir yenisi əlavə olundu! Ən çox istifadə edilən online ödəmə sistemlərindən olan PayPal 30 İyundan etibarən bu xidmətin mobil tətbiqini istifadə edən hər kəsin tətbiqi 6.0 versiyasına yeniləməsinin lazım olduğunu bildirdi . Firma həmçinin bu tarixdən etibarən Windows Phone, BlackBerry və Amazon-un Fire OS-i üçün təqdim etdiyi tətbiqləri artıq dəstəkləməyəcəyini də açıqladı. Dəstəyin dayandırılacağı istifadəçilər üçün PayPal mobil brauzer istifadəsini tövsiyə edir. Digər tərəfdən Outlook istifadəçiləri da başqa hər hansı bir tətbiqə gərək olmadan PayPal vasitəsilə pul göndərilməsi reallaşdıra bilər . Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .