Partlayan iPhone 7 tanınmaz hala gəldi !

İndi də alov alan iPhone 7 avtomobilə ciddi zərər verdi. Daha əvvəl bir istifadəçinin üzünə yaxın bir məsafədə partlayan iPhone 7 modelindən sonra indi də alov alan bir iPhone 7 ilə qarşı-qarşıyayıq. Hələ bir həftəlik iPhone 7 telefonunu öz avtomobilində paltarların altına qoyub sörf dərsi almaq üçün çimərliyə gedən Mat Jones qayıdanda pis bir sürpriz ilə qarşılaşdı. Hələ bilinməyən bir səbəblə alov alan iPhone 7 özü ilə birlikdə avtomobilin içərisində olan paltarları və kresloları da kül etmiş vəziyyətdə idi.


Belə bir hadisədən danışarkən təbii ki ilk öncə insanın ağlına iPhone 7 modelinin çox günəş işığına məruz qaldığı üçün yandığı gəlir. Ancaq Mat Jonesin ifadəsinə görə Telefonun üstü paltarlarla örtülü idi və birbaşa olaraq günəş işığına məruz qalmırdı. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .