PUBG oyununun mobil versiyası daha bir region üçün təqdim edildi!

PC platformasında məhşur olan oyunlardan biri PUBG haqqında bir çox insanın artıq məlumatı var. Bildiyimiz kimi, PUBG, Steam portalında 18$-a təklif edilir. Tez bir zamanda məşhurlaşan bu oyun, diqqət mərkəzinə düşdü və oyunun daha çox satılmasına şərait yaratdı. Bugündən etibarən isə PUBG mobil versiya Android cihazlar üçün təqdim edilməyə başlayıb. Əvvəl ancaq Çin versiyalı mobil PUBG yüklənə bilirdisə, indi oyun Kanadada da aktiv edilib. Bu xəbər isə ona işarə edir ki, yavaş-yavaş digər ölkələrə də mobil PUBG təqdim ediləcək.

Oyunun Game Engine-i əsas oyunda olduğu kimi, Unreal Engine 4-ü istifadə edəcək. Miramar adında isə 8 kilometrlik xəritə, Android versiyada olacaq. Android cihazlar üçün pulsuz olan oyundan iOS platforması üçün hələki dəqiq bir məlumat yoxdur.