Ourmine qabiliyyətlərini sui-istifadə etmir, pis niyyətli xakerlərdən əvvəl hərəkətə keçib məşhurları xəbərdar edir. Təbii ki, bu işi ödənişsiz etmir. 100 dollardan 5 min dollara qədər olan təhlükəsizlik paketlərindən birini satın almanızı təklif edir ki , edilən şərhə görə indiyə qədər 16 min 500 dollarlıq satış etmişdirlər. Məşhurların hesablarını sındırmaqlarının səbəbi də öz şöhrətlərini artırmaqdır. Demək olar ki onlar artıq öz hədəfinə çatıblar . Ourmine-ın kimlər tərəfindən qurulduğu bilinmir. Bilinən tək şey 3 müstəqil xaker tərəfindən qurulduğu və Anonymous kimi siyasi işlərə qarışmamasıdır. Ourmine IP-lərinin Səudiyyə Ərəbistanından olduğunu təsbit edənlər var, amma bu bir sübut hesab edilmir , çünki VPN istifadə edilməsi aşkardır . Özləri də qruplarından Səudiyyə Ərəbistanlı birinin olmamasını söyləyir.
Bəziləri Ourmine-ın ələ keçirilmiş köhnə hesab şifrələrindən istifadə edərək bu hərəkətləri etdiyini söyləyir ki , son dövrdə sındırılan hesabların əllərində olan çoxsaylı şifrələrin yoxlanılması ilə həyata keçirildüyü düşünülür və bunların bəzilərinin işə yaraması mümkündür. Ourmine isə bunu rədd edir və təhlükəsizlik açıqlarından faydalandıqlarını söyləyir.