Opera 43-cü versiyası ilə rəqiblərini geridə qoydu! (Yükləmə linki)

Opera 43-versiyası ilə internet səhifələri yükləmə surətində Chrome-un önünə keçib. Opera 43 ilə gələn "Instant Page Loading" özəlliyinin nə işə yaradığına daha ətraflı nəzər salaq.

İnternet brauzerləri arasındakı rəqabət hər gün daha da güclənir. Chrome-un hələ də çox RAM istifadə etməsi problemini həll edə bilməməsi istifadəçiləri başqa alternativlər axtarmağa vadar edir. Bu alternativlər arasında ən diqqət çəkəni isə Opera oldu. Son vaxtlar təqdim etdiyi daxili reklam bloku əlavəsi və bütünləşmiş VPN xidməti kimi özəlliklər ilə daha da sevilən Opera ən son nümayiş etdirdiyi 43-cü versiya ilə surət mövzusunda da liderliyə yüksəldi.

Yeni versiya ilə gələn "Instant Page Loading" özəlliyi sayəsində brauzerin internet səhifələrini yükləmə zamanı çox qısalır. "Instant Page Loading" özəlliyi sizin hansı web sayta girəcəyinizi saytın adını yazarkən anlayır və bu barədə keş yaddaş (cache) hazırlayır. Beləcə siz enter-ə basdığınız an səhifə yüklənmiş şəkildə açılır. Əvvəlki versiyasından 13% daha surətli olan Opera 43 Chrome-dan 10% daha surətlidir.

Opera 43 yükləmə linki: http://www.opera.com/tr/download