OnePlus 6 modelinin qırmızı rəngi təqdim edildi.

OnePlus 6 modeli öz texniki xüsusiyyətləri ilə flaqman telefonların ən əsas rəqiblərindən biridir.

Performans və büdcə telefonlarından olan OnePlus 6 modelinin daha bir rəngi təqdim olundu. Qırmızı rəngdə təqdim edilən OnePlus 6 modelinin digərlərindən fərqi isə sadəcə olaraq 8 GB ram və 128 GB yaddaşla satışa təqdim ediləcəyidir. Bilirik ki, OnePlus Oppo şirkətinin dünya bazarına Global olaraq çıxan bir qoludur. Yəni OnePlus telefonları əsasən ümumi dünya istifadəçiləri üçün nəzərdə tutulur və istənilən şəxs alıb rahatlıqla istifadə edə bilər.

OnePlus telefonlarının Oxygen OS yazılımı öz qeyri-adi özəlləşdirilə bilinməsi xüsusiyyəti ilə adi Android One-dan tamamilə fərqlənir. Bu isə telefona daha bir gözəllik qatır. OnePlus 6 Red modeli İyul ayının 10-dan etibarən satışa təqdim ediləcək və qiyməti isə 542 dollar dəyərində təyin edilib. Yenilikləri səvən və orta büdcə ilə üst səviyyə telefon almaq istəyən şəxslər üçün OnePlus gözəl bir markadır .