Fransada yerləşən CNRS institutu Günəşə ən yaxın ulduz olan Proxima Centaurinin orbitində olan Proxima b adlı planetin səthində okean olduğunu kəşf etdi .
Fransız mütəxəssislər hələ planetin səthinin nə ölçüdə bir suy ilə örtülü olduğuna dair konkret bir məlumat əldə edə bilmədiklərini ancaq Proxima B-nin Dünya ilə ciddi bənzərliklər daşıdığını qeyd etdi. Dünyadan 4 işıq ili uzaqda olan planetin həcminin yüzdə 50-sinin su , yüzdə 50-sinin isə qayalardan ibarət olduğu bildirildi . Bu versiyaya görə Proxima B-nin səthinin 200 kilometr dərinliyə malik bir okean layıyla örtülü olduğu təxmin edilir. Digər bir versiyaya görə isə Dünyanın 1/3 qatı böyüklükdə olan planetin səthindəki su Proxima B-nin kütləsinin yalnız 0.05-ini təşkil edir . CNRS-dən edilən şərhdə "Proxima B-nin ətrafı, eynilə dünya kimi bir qaz layıyla əhatəli ola bilər. Bu da bu planetdə həyatın ola biləcəyi ehtimalını daha da yüksəldir .
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .