Təyyarəyə mindiyimiz anda stüardessalar tərəfindən edilən ilk xəbərdarlıqlardan biri "zəhmət olmazsa telefonunuzu söndürün"-dür.
Bəs telefonumuzu söndürməyimiz nə üçün tələb olunur? Söndürməsək nə baş verər?
Bəlkə də bu suallar çoxumuzun ağlından keçmişdir. Çox vaxt da "telefonu söndürməyib nə olacağını müşahidə edim" istəyimizin qarşısını bu səbəbdən hansısa qəzanın baş verə biləcəyi qorxusu alır. Bu qorxu hissi söndürməyimiz üçün kifayət qədər əsaslı səbəb deyilmi? İndi isə bütün suallara aydınlıq gətirək.
Əvvəlcədən qeyd edək ki, təyyarədə telefonu açıq saxlamaq təhlükə mənbəyidir. Ona görə də uçuşa başlamazdan öncə tədbirlərinizi alsanız daha yaxşı olar. Tutaq ki, uçuş başlayıb və siz telefonu söndürmədiyinizi xatırlayırsınız. Bu an nə etməlisiniz?
Telefonunuzun açıq olduğunu xatırladığınız an tam sakit tərzdə onu söndürün və çalışıb bunu heç kəsin xəbəri olmayacaq bir şəkildə edin. Heç bir əlavə həyəcan və təlaşa ehtiyac yoxdur. Amma bunu əsas alaraq "hərçənd ki, nəsə olmur onda telefonumu açıq qoyum" da düşünməyin. Bu qanunun hələ də ciddi bir şəkildə tətbiq edilməsinin əsas səbəbi təyyarənin rabitə sistemi ilə əlaqəlidir.
Bir çox rabitə sistemi hələ də analoq VHF tezliyini istifadə edir. Sərnişinlərin hamısının telefonlarını açıq saxlaması bu tezliyin öz funksiyasını yerinə yetirməsinə mane ola bilər. Bu da pilotların "sağ əlləri" olan digər ekipaj üzvləriylə əlaqəsinin kəsilməsi deməkdir.
Sonda bu nəticəyə gəlirik ki, telefonunuzu səhvən açıq qoyarsanız təlaşlanmağınıza ehtiyac yoxdur. Amma siz yenə də uçuşa başlamazdan əvvəl telefonunuzu söndürün ki, uçuş vaxtı təyyarənin idarə heyətindəki insanlar arasındakı rabitədə hər hansısa bir problem yaşanmasın.