NASA-nın ekoloji dəyişiklikləri təqib etmək məqsədiylə qütblərdəki plankton səviyyələrini təsbit etmək üçün günəş işığına ehtiyac duymadan lazer şüalarını istifadə edərək məlumat toplayacağı ifadə edildi.
NASA-nın rəsmi internet saytında nümayiş olunan hesabata görə ekoloji dəyişikliklərin təqib edilməsi məqsədi ilə qütb bölgələrində lazer şüaları köməyilə plankton səviyyələri araşdırılaraq məlumatlar əldə edilə biləcək.
Daha əvvəl yalnız günəş şüalarının okean üzərində əks olunmasıyla məlumatları yığan NASA yeni lazer sistemi ilə artıq hər hansı bir xarici işıq mənbəyinə ehtiyac duymadan buludların arasından belə okeanın dərinliklərindəki bitki quruluşu haqqında məlumat ala biləcək.
Araşdırmaçılar yeni sistemlə qış aylarında günəş görməyən qütb bölgələrində lazımlı məlumatlara çataraq eko-sistem xüsusiyyətləri, iqlim və okean eko-sistemi arasındakı əlaqə kimi bir çox mövzu üzərində araşdırma edə biləcək.