ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Kepler Kosmos teleskopunun kosmosda 1284 planet tapdığı bildirilir.
NASA-dan verilən açıqlamada Kepler Teleskobu'nun 2015-ci ildə günəş sistemi xaricində tapdığı planetlərin 1284-nün təsdiq edildiyi bildirildi .
Bundan başqa , bu günə qədər ümumi təxminən 5 min planetin kəşf edildiyi və bunların 3200-ün təsdiq edildiyi bildirilərkən, Keplerin kəşf etdiyi planetlərin cəminin 2325 olduğu açıqlandı.
Ayrıca tapılan planetlərdən təxminən 550-nin kiçik və dünya kimi qayalıq olduğu ifadə edildi. Tapılan planetlərdən 9-nun isə yaşana bilən ərazi olduğu qeyd edildi.
Keplerin ilk vəzifəsi günəş sistemindən xaricdəki 5 min planeti araşdırdıqdan sonra 2012-ci ildə sona çatarkən yeni vəzifəsi K2 2014-cü ildə başlamışdı. NASA-nın kosmosda minlərlə ulduzu və hərəkəti araşdıran və bir çox əhəmiyyətli kəşfə imza atan Kepler Teleskopu 2009-cu ildə kosmosa buraxılmışdır .
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .