Minecraft daha bir rekorda imza atdı.

Minecraft istifadəçi sayını gündən-günə artırır

Minecraft ayda 74 milyon oyunçu tərəfindən oynanılır!

Minecraft oyunu  2014-ci ildə Microsoft tərəfindən 2,5 milyard dollara alınmışdı.   Microsoft şirkətlər qrupunun yeni  CEO -su Helen Chiang tərəfindən edilən açıqlamada 144 milyon ədəd satılan oyunun  aylıq istifadəçi bazasının 74 milyona çatdırdığı qeyd olunub.

Oyun əvvəlcə yalnız PC oyunçuları tərəfindən  sonra isə mobil istifadəçilər tərəfindən oynanılmağa başlanılmışdı.  Oyun yalnız  Xbox və windows  platformaları ilə məhdudlaşmır və buda kifayət qədər istifadəçisi olan oyun üçün düzgün qərardır. Son vaxtlarda oyun istifadəçilərinin sayının daha da artmasında bu faktorunda xüsusi rolu olmuşdur.

Virtual LEGO kimi ən diqqətəlayiq xüsusiyyətlərdən biri oyunçuların  sıfırdan başlayaraq hər şeyi özləri qura bilmələridir . Bundan əlavə, bütün vasitələrin  istifadəçi dostu olması bu oyunu daha da populyar etdir. Bununla yanaşı Persson-un Microsoft-un tam tərkib hissəsi olmadığını da nəzərə çatdırmalıyıq.