Microsoft şirkəti 6 ay öncədən developerlərə yenilənməyən və ya keyfiyyəti aşağı olan tətbiqlərinin silinəcəyini bildirmişdi. Ötən həftələrdə bu qərarı həyata keçirən şirkət Windows Store-dan rekord sayıla biləcək sayda - 90 min ədəd tətbiqin silinməsini reallaşdırdı.
Təxminən 6 ay əvvəl Microsoft şirkəti developerlərə əhəmiyyətli çağırış edərək yenilənməyən və ya keyfiyyəti aşağı olan tətbiqlərin məşhur ola biləcək tətbiqlərin qarşısını kəsdiyi , eyni zamanda tapılmasını çətinləşdirdiyi üçün həmin tətbiqlərin silinəcəyi xəbərini vermişdi. Bir çox tətbiq yaradıcılarının bu xəbərdarlığı nəzərə almamasının ardından Microsoft şirkəti Windows Store-dan 90 min sayda keyfiyyətsiz və ya qeyri-kafi tətbiqi sildi.
App Store və Play Store-a görə Windows Store-un tətbiq sayı olduqca aşağı idi . Nəticə olaraq , şirkətin 90 min tətbiqi silməsinin xoş qarşılanmadığını da qeyd edək. Tətbiqləri silməkdə isə Microsoft-un məqsədi məşhur və Store-u daha keyfiyyətli edə biləcək tətbiqlərə fürsət yaratmaqdır.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .