Microsoft 1850 adamı işdən çıxarır

Texnologiya nəhəngi Microsoft ümumi 1850 işçisini işdən çıxaracağını bildirib . Microsoftdan edilən şərhdə şirkətin ağıllı telefon müəssisəsindən işdən azad ediləcək ümumi 1850 işçisinin 1350-sinin Finlandiyadakı Microsoft Mobil ofisindən gələcəyi bildirildi. İcra heyəti Başçısı (CEO) Satya Nadella mövzuyla əlaqədar olaraq Microsoftun mobil platformalardakı bulud (cloud) texnologiyası xidmətinə və fərqli cihazlarındakı yeniliklərə davam edəcəyini açıqladı. Microsoft Nokianı 2013-cü ildə 7,2 milyard dollara satın almış və razılaşma nəticəsində təxminən 32 min Nokia işçisi Microsofta qatılmışdı. Ancaq Microsoft 2014-cü ilin iyulunda təxminən 18 min , 2015-ci ilin iyulunda isə 7 min 800 işçisinin işinə son vermişdir . Microsoftun dünya daxilində təxminən 110 min işçisi var. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .