Mİ A2 modeli Avqust ayında təqdim ediləcək.

Xiaomi öz qlobal əhatəliliyini daha da genişləndirir.

Məşhur telefonlardan olan və qiymət, performans, yazılım cəhətdən daha sabit olan Mi A1 modelinin 2-ci seriyasi olan Mi A2 modeli təqdim ediləcək. Düzdü Xiaomi şirkəti Mİ 6X-ı bir neçə həftə əvvəl təqdim etmişdi. Lakin bir çox insan Mi A2  modelinin təqdim edilməsini gözləyir. Həmçinin Xiaomi modelinin Google ilə əməkdaşlığı şirkətin dünya səviyyəsində daha da qloballaşmasına və tanınmasına  imkan yaradır.

Texniki xüsusiyyətlərinə baxdıqda, 32( 291$ )/64 ( 331$ )/128 GB ( 371$ ) yaddaş seçimləri ilə təqdim ediləcək. Satışa Avqustun 8-i təqdim ediləcəyi deyilir. 5.99 düym ekran ( 2160x1080 piksel ), Snapdragon 660 prosessoru, ikili 12 MP+20MP kamera ( AI dəstəkli ), 20 MP qabaq kamera, 3010 mAh batareya, USB-C giriş portu və Bluetooth 5.0 ilə təchiz ediləcək.