Windows 10 əməliyyat sistemi üçün ötən günlərdə təqdim olunan Messenger tətbiqi yeni bir funksiyanı təqdim etdi .
Aprel ayında Windows 10 üçün Facebook və Facebook Messenger tətbiqləri haqqında məlumat verilmişdi və ilk əvvəl kompüterlər , sonra Windows 10 əməliyyat sistemli telefonlar üçün təqdim edildi . Bu tarixdən bəri hər iki proqram iOS və Android versiyasını təkmilləşdirməyə çalışır .
Proqramın çatışmayan xüsusiyyətlərindən biri Windows 10 əməliyyat sistemi üçün səsli və görüntülü zəng funksiyası idi . Messenger istifadəçiləri istəsələr web brauzeri açıb oradan zəng edə bilərdilər amma yenə də tətbiqin içində bu xüsusiyyətin olmaması böyük bir çatışmazlıq idi .
Artıq bu çatışmazlıq da aradan qaldırıldı. iOS və Android versiyası ilə eyni məntiqlə çalışan Windows 10 tətbiqində səsli və görüntülü zəngləri sağ üst küncdən edə bilərsiniz .
Tətbiq üzərindən zəng ediləndə sadə bir interfeys qarşımıza çıxır . Burada mikrofon, webcam və zəngi bitirmək seçimləri var . Seçimlər butonu hələlik yalnız hansı kameranın istifadə edilməsini seçmək üçündür .
Oxşar xüsusiyyətin Windows 10 əməliyyat sistemli telefonlara da gəlib gəlməyəcəyi mövzusunda bir xəbər yoxdur.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .