Mark Zuckerberg yeni aldığı 4 evi sökdürəcək !

Sosial media nəhəngi Facebookun CEOsu Mark Zuckerberg Kaliforniyanın Palo Alto bölgəsində olan evinin mənzərəsini bağlayan 30 milyon dollar dəyərindəki 4 qonşu evi satın aldı. 4 EVİ SÖKDÜRƏCƏK Zuckerbergin satın aldığı evlərlə əlaqədar proyektini ötən həftə müvafiq qurumlara təqdim etdiyi qeyd edildi. Milyarderin iki ədəd tək mərtəbəli və iki ədəd iki mərtəbəli evlərin yıxılaraq yerinə daha kiçik ölçülərdə yeni evlər inşa edilməsini istədiyi bildirildi. Sökülən evlərin yerinə tək mərtəbəli evlər inşa diləcək Yıxılacaq evlərin yerinə isə 3 ədəd tək mərtəbəli və bir ədəd iki mərtəbəli ev inşa edilməsinin planlaşdırdığı ifadə edilərkən, yeni inşa ediləcək evlərin mövcud evlərdən yüzdə 20 daha az yer tutacağı bildirildi . 32 yaşındakı milyarderin bu qərarına səbəb olaraq "məhrəmiyyət" qayğıları göstərildi. Zuckerbergin yeni inşa ediləcək evləri özünün istifadə edəcəyi yoxsa kirayəyə veriləcəyi mövzusunda hər hansı şərh bildirilmədi . Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .