Mark Zuckerberg kompüterinin kamerasını bantladı !

Pinterest və Twitter kimi bəzi sosial mediadakı hesabları oğurlanan Facebookun CEO-su Mark Zuckerberg kompüterinin kamerasını bantladı. Yaxın günlərdə sosial mediadakı hesabları oğurlanan və deyilənlərə görə oğurlanmasına ən əsas səbəb 'dadada' kimi sadə bir şifrədən istifadə etməsi olan Zuckerbergin ötən gün paylaşdığı fotoşəkil səs-küyə səbəb oldu. İkisini birdən bağladı ! Instagram-ın 500 milyonuncu abunəçiyə çatmasını qeyd edən Zuckerberg öz iş masasından bir fotoşəkil paylaşdı. Diqqət çəkən detal isə masasında olan Notebookunun kamera və mikrofonunun bantla bağlı olması idi. USB GİRİŞİ belə bantlanıb ! USB girişini belə bantlayan Mark Zuckerbergin bunu niyə etməsinin dəqiq səbəbi bilinmir, ancaq son günlərdə sosial media hesabları oğurlanan və eyni zamanda NSA-nın dinləmə iddialarının da sıx bəhs edildiyi bir zamanda Zuckerbergin təhlükəsizlik tədbirini bu şəkildə gördüyü görünür. İstifadəçilər üçün sual yaranır. Zuckerberg belə kompüterinə güvənməyib kamerasını bantlayırsa bir Facebook istifadəçisi də təhlükəsizilik üçün bunu etməlidirmi? Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .