MWC 2018 Tarixi Bəlli Oldu Və Tanıdılacaq Telefonların Siyahısı Təxmini Olaraq Bilinir.

Hərkəsin gözlədiyi telefonların yeni modellərinin təqdim ediləcəyi vaxt açıqlandı.

Mobil telefonlar insanların ən çox işlətdiyi texnoloji avadanlıqlardır. Texnologiya inkişaf etdikcə özü ilə bərabər hər bir sahəsinin inkişafına dəstək olur. İnsanların ən çox marağını mobil telefonlar cəlb edir və hər il dünyadakı telefonların yeni modellərinin MWC 2018 (Mobile World  Congress) konqresi keçirilir. Bu ilki konqres fevralın 26-da başlayıb, martın 1-də yekunlaşacaq. Burada dünyadakı bütün mobil telefonların yenilikləri ilə tanış olacağıq.

Bu konqresdə əsas fikirlər dünya markalarına yönələcək. Bu markalardan

Sony,Samsung,Huawei,Xiaomi,LG və başqa şirkətlər öz telefonlarını nümayiş etdirəcək.

Tanıdılacaq telefonların əksəriyyəti flaqman telefonlar olacaq. Yəni böyük markaların ən güclü telefonları göstəriləcək. Bu flaqman modellərə Galaxy S9 və S9+, Mİ7, Xperia XZ2 Premium, LG G7 və G7+ və s. daxildir.

Nümayiş etdiriləcək telefonların əksəriyyəti Snapdragon 845 prosessoru ilə gələcək. Bu kimi markaları bir-birindən fərqləndirən cəhət həmin şirkətlərin özlərinə xas xüsusiyyətlərini tətbiq etmələridir. Məsələn, yazılım ekran keyfiyyəti seçimi, kamera sensorunun seçilməsi, dizayn və s. kimi xüsuiyyətlərini demək olar. Markaları, əsasən də Xiaomi-nin digər markalarının əsas rəqibinə çevrilib.Buna səbəb ucuz qiymətə yüksək keyfiyyətli məhsul satmağır. Bu da insanların Xiaomi markasına və onun modellərinə yönəlməsinə səbəb olur. Həmçinin Xiaomi Mİ7 modelini hərkəs səbirsizliklə gözləyir. Çünki keçən il Mİ6 modeli Snapdragon 835 prosessoru və 6/64 ; 6/128 yaddaşları ilə təqdim edilmişdi. Qiyməti isə 369$ dollardan başlayırdı. Bu da bu modelə tələbin çox olmasına səbəb oldu. Şirkət bu model ilə məhşurlaşdı desək yalan olmaz.

Dediyimiz kimi bu telefon bazarı çox qarışıq məsələdi. Burda şirkətlərin bizlər üçün hazırladığı süprizlər bəlli deyil. Biz sadəcə zamanı izləyib bizlərə nələr təqdim edəcəklərini gözləməliyik.