Galaxy Note 7-nin satışını belə dayandıran Litium ion batareyalar niyə öz-özünə alovlanıb partlayır?
Litium ion batareyalar ilk olaraq 1990-cı illərdə bazara çıxarılan kameralarla birlikdə yayıldı. "Lithium pil" o gündən bu yana telefonlardan elektrik sistemlərinə qədər hər şeydə istifadə edilir. Geri çağırma hadisələri isə ilk deyil; bu cür hadisələrə keçən il yanan hoverboard-larda, daha əvvəl Boeing 787-lərdə rast gəlindi. Təbii, bunlar litium ion batareyaların səbəb olduğu geri çağırma hadisələrinin yalnız bəziləridir .
Litium ion batareyaların istehsalçılar üçün cazibədar olmasının səbəbi kiçik sahədə çox miqdarda enerjini yığa bilməsidir. Litium ion batareyalar əslində digər batareyalardan daha təhlükəli deyillər , ancaq enerji baxımından daha sərfəlidirlər . Daha çox enerjinin saxlanılması isə batareyanın daha təhlükəli hala gəlməsi deməkdir. Litium ion batareyalardan hər keçən gün daha çox enerji toplanması gözlənilir. Bu işi çox istehsalçı etibarlı şəkildə etsə də saxta batareyalar alovlana bilər, partlaya və ya həddindən artıq isinə bilər .
Batareyanın doldurulması və istifadə edilməsi zaman hissəciklərin hərəkəti istiliyin ortaya çıxması mənasınını verir. Batareyanın dizaynındakı bir problem : cihaza düzgün yerleşdirilmemiş olması və ya məqsədinə uyğun istifadə edilməməsi istiliyin kimyəvi maddələri alovlandırmasına yol aça bilər və nəticədə batareya partlaya və ya yana bilər. Batareyanın fərqli komponentlərini ayıran incə divarların ziyan görməsi də qısa sxemlərin korroziyasına və istiləşməyə yol aça bilir.
Litium ion batareyalar ümumiyyətlə çox etibarlı olsalar da, dünyada sözün tam mənasıyla milyardlarla batareya istifadə edilir və nəticədə bəzi problemlər mediaya əks olunacaq qədər böyüyə bilir.
Mənbə: Texnologiya.az
Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .