Avtomobil sektorunda güclü, sağlam və rahat avtomobilləri ilə tanıdığımız Land Rover tamamilə fərqli bir sektorda qarşımıza çıxmağa hazırlaşır. Şirkət, diqqətləri üzərinə çəkə biləcək mobil telefonu Land Rover Explore-i təqdim etməyə hazırlaşır.
Telefon 2016-cı ildən Land Rover ilə əməkdaşlıq edən Bullitt şirkəti tərəfindən istehsal olunacaq . Bullitt İngiltərədəki telefon istehsalçılarından biridir və Lan Rover üçün də istehsal edəcəkləri telefonun kifayət qədər güclü bir model olacağı gözlənilir.
Gözlənilən telefonun diqqət çəkən xüsusiyyətlərindən biri telefonun modulluğudur. Yəni satın alına biləcək əlavələrlə telefona yeni funksiyaları əlavə edə bilərsiniz. Land Rover sözü gedən telefonu güclü bir GPS modulu ilə təqdim edəcək. Adventure Pack adını daşıyacaq olan bu modul öz batareyasına malik olacaq və daha inkişaf etmiş bir GPS xüsusiyyətini nümayiş etdirəcək. GPS ViewRanger Skyline texnologiyası ilə birlikdə artırılmış reallıq özəlliyinə sahib olacaq.
Telefon həm də ekstremal temperatur, ani temperatur dəyişikliyi, yüksək təzyiqlər, su və yüksək düşmə müqaviməti ilə diqqəti cəlb edəcək. Telefonun arxa, yan kənar dizaynları Land Rover cipini xatırladır.
Land Rover Explore-in bu ayın sonunda MWC 2018-də rəsmən təqdim edilməsi gözlənilir. Telefonun satış qiymətinin təxminən 800 dollar olduğu təxmin edilir.