Bildiyimiz kimi, LG bu il öz flaqman modellərindən biri olan LG G7 modelini tanıtmadı. Bəzi yalan xəbərlər yayılmışdı ki, LG G7 MWC 2018-də təqdim ediləcək, amma bu baş vermədi. Lakin LG G7 ThinQ modeli haqqında sızıntılar var. Bu model ən son texnoloji yeniliklər və dizayn ilə birlikdə təqdim ediləcək. Şəkilləri yayılan LG G7 ThinQ modelində, çıxıntı olacağı tam aydın görünür. Telefonda qırmızı, qara, boz, və 2 cür göy rəng seçimi olacaq. Telefonun Mayın 2-də təqdim edilməsi gözlənilir. Günü-gündəndə model haqqında sızıntılar çoxalır. ThinQ adı, ilk dəfə LG V30S modelində işlənilmişdir. Telefonda xüsusi AI kamera özəlliyi olacağını güman edirik. LG G7 ThinQ modeli haqqında məlumatlar yaxın günlərdə öz təsdiqini tapacaq. Yayılan sızıntılar getdikcə çoxalır, bu isə bizə cihaz haqqında ətraflı məlumat toplamağa imkan verir. Cihazın tanıdılmasına isə 3 həftə var.
Texniki xüsusiyyətləri:
Snapdragon 845.
4 GB Ram/ 64 GB Yaddaş.
8 MP Selfie Kamera, Dual 16 MP kamera.
Barmaq izi sensoru.
6.01 düym bezel-less ( çərçivələrin çox incə olması) ekran.