Samsung və LG-nin Mobil Dünya Konqresində təqdim edəcəyi yuxarı sinif mobil telefonları nə vaxt satışa çıxacaqdır?
2016-cı ildə "sökülüb-yığlan modul" şəklində G5 modelini təqdim edən LG şirkəti Samsung-dan daha az mobil telefon satdı. LG dizayn və texniki özəlliklər cəhətdən hər nə qədər diqqət çəksə də, satış mövzusunda eyni nəticəni göstərə bilmir. İndi isə hansı cihazın nə zaman satışa çıxacağına baxaq.
LG G6-nın Galaxy S8-dən 6 həftə əvvəl satışa çıxacağı gözlənilir.
LG G6 satışlarına mart ayında, Galaxy S8 isə aprel ayında başlayacaqdır.
Bəs 2017-ci ildə bu nəticələr dəyişəcəkdirmi? Android cəbhəsində kim daha üstün olacaqdır? Bütün bu sualların cavabı şübhəsizdir ki, zaman göstərəcəkdir.