Apple köhnə model Iphone cihazlarının batareya ömrünü uzatmaq üçün cihazların bilərək sürətini aşağı saldığını etiraf etmişdi.
Cihazlardakı ləngimələr ilə bağlı çox istifadəçinin şikayətlərini görən bir istifadəçi Iphone 6s telefonunun batareyasını dəyişdirməyi qərara alır və müşahidələrin nəticəsi olaraq cihazın yenidən sürətləndiyi fikrini iddia edir. Texnologiya nəhəngi çıxan bu müzakirələrin nəticəsi olaraq məqsədlərinin telefonların daha uzun müddət istifadə edilməsini təmin etmək olduğunu qeyd edirlər.
"EKONOMİK ZƏRƏRLƏ ÜZLƏŞİRİK"
BBC saytının xəbərinə görə bu etirafı eşitdikdən sonra bir qrup istifadəçi California və Çikaqoda bir araya gələrək cihazların sürətinin aşağı salınması barəsində Apple-ı məhkəməyə vermişdirlər.
XƏRCLƏRİNİN QARŞILANMASINI İSTƏYİRLƏR
Stefan Boganovich və Dakota Speas Kaliforniyada açdıqları iddiada iPhone sahiblərinin bu müdaxiləyə heç bir zaman razılıq vermədiyini qeyd edərək cihazların qəsdən sürətinin aşağı salınması səbəbindən telefonlarını lazımı qədər istifadə edə bilmədiklərini, cihazlarının dəyər itirdiyini qarşıya qoyaraq yeni batareya xərclərinin qarşılanmasını tələb etdilər.
Texnologiya nəhəngi Apple isə bu mövzuyla əlaqədar hələ heç bir açıqlama verməmişdir.