Hyundai geyilə bilən robot yaratdı !

Ağır yükləri daşımaq asanlaşacaq. Cənubi Koreyanın texnologiya şirkəti Hyundai robotlar üzərində işlərini davam etdirir. Daha əvvəl yaşlılar və əlillər üçün "xarici skelet" hazırlayan firma indi də kommersiya təşkilatları üçün daha asan daşıma məqsədinə xidmət edəcək xarici skeleti təqdim edib. Rəsmi saytından məlumat verən Hyundai bu yeni xarici skeleti hazırlayarkən Marvel qəhrəmanlarından ilhamlandıqlarını dilə gətirir. İlk öncə ağıla Iron Man gəlir, amma xarici mətbuata görə bu robot daha çox Alien seriyalındakı robotlara bənzəyir. Bəli, bu bir xarici skeletdir, "geyilə bilən robot" olaraq təqdim olunur. Məhsulun dəqiq çıxış tarixi hələ müəyyən deyil, amma xüsusilə ağır yüklərin daşınmasının asanlaşdırmasını təmin etməsi gözlənilir. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .