Hindistan NASAnın edə bilmədiyini etdi !

İlk insansız kosmos aparatını kosmosa göndərən Hindistan "yenidən istifadə edilə bilən raket" istehsalı yarışına qatıldı. Ölkənin cənubundakı Andhra Pradesh şəhərindən qalxan 6,5 metr hündürlüyündə və 1,75 ton ağırlığındakı mini kosmos aparatının müvəffəqiyyəti kosmos araşdırma xərclərini böyük ölçüdə azalda bilər. Çünki NASA yüksək xərcə görə 2011-ci ildə Kosmos Gəmisi Proqramını dayandırmış və yenidən istifadə edilə bilən kosmos aparatı istehsalında rəqabətə başlamışdır . Son illərdə kosmos araşdırmalarına ciddi investisiyalar edən Hindistan 2013-ci ildə Marsa olduqca aşağı bir xərclə peyk göndərmişdi.



Hindistan önümüzdəki 10 il içində kosmosa tam əhatəli yenidən istifadə edilə bilən bir kosmos gəmisi göndərməyi hədəfləyir.



Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .