HTC bir sonrakı yuxarı seqment smartfonunu
16 may tarixində təqdim edəcəyini təsdiqləyib. Bu cihaz
HTC U 11 adlandırılacaq. Lakin telefonun nə vaxt satışa çıxacağı və qiyməti haqqında hələ ki, bir məumat yoxdur. Taylandın texnologiya nəhəngi HTC yeni smartfonu haqqında çox az məlumat verib, ancaq deyilənlərə görə U 11-in kənarları toxunuşları xüsusi əməliyyatlara çevirən hissiyatlı materialdan hazırlanacaq. Şirkət yayımladığı reklam videosunda da bunu izah etməyə çalışıb.
HTC U 11 hansı özəlliklərə sahib olacaq?
HTC U 11
4GB RAM,
64GB daxili yaddaş və
Qualcomm-un Snapdragon 835 prosessoruna sahib olacaq. Həmçinin, smartfonda
Quad HD (2560 x 1440 piksel) keyfiyyətində
5,5 düymlük ekranın yer alacağı deyilir. Batareyasının həcmi
4000 mAh olacaq telefonun
qara, ağ, mavi, qırmızı və gümüşü olmaqla
5 rəngdə satışa çıxması gözlənilir.