HTC Bolt modelindən heç bir fərqi olmayan Telefon iPhone 7 kimi 3.5 mm qulaqlıq girişinə sahib deyil . İstifadəçilər ya USB Type-C əlaqəsi və ya simsiz qulaqlıq istifadə etməlidirlər .
Dizayn olaraq HTC 10 modelinə çox bənzəyən HTC 10 evo 5.5 düym ölçülü ekranda Quad HD keyfiyyətinə sahibdir . Ekranda Corning Gorilla Glass 5 cızılmalara və zərbələrə qarşı şüşə texnologiyasının yer aldığını da ifadə edək. Təchizat tərəfində maraqlı bir seçim edən HTC bu modeldə ötən ilin üst səviyyə prosessoru olan Snapdragon 810-u istifadə edir. Cihazda bu prosessorla birgə 3 GB RAM, 32 GB daxili yaddaş, microSD kart dəstəyi və 3200 mAh batareya yer alır . Cihaz 16 MP-lik OIS dəstəkli arxa kamera və 8 MP-lik ön kameraya sahibdir .