Google mühəndisləri istefa verdi!

Yüksək maaş verməsi və mükəmməl iş mühitinin olması hər kəsdə Google-da işləmək arzusu yaradır. Son günlərdə yüksək maaş alan mühəndislərin Google-u niyə tərk etməsi aşkara çıxıb!

Google bir neçə il sürücüsüz avtomobil sektorunu inkişaf etdirirdi, amma bu layihəyə davam etməyəcəyini rəsmi olaraq açıqladı. Bu layihə Google-dan ayrılaraq Waymo adlı bir şirkətə çevrildi.

Google öz idarəsi altında olan zamanlar bu layihə üzrə çalışan mühəndislərə adi maaşlarının 16 qatına qədər çox maaş verirdi. Bu mühəndislərdən bəziləri aylıq milyonlarla dollar qazandığını mətbuata bildirmişdi.




Daha sonra bu mühəndislər Google-dan ayrılaraq öz şirkətlərini qurmuşdur. Mühəndislər tərəfindən qurulan Otto adlı şirkət Uber tərəfindən satın alınmış, bir digər şirkət Argo Al isə Ford-dan 1 milyard dollar dəstək almışdır. Google isə mühəndislərinə öz şirkətlərini açacaq dərəcədə böyük maaş vermədiyini deyərək bütün iddiaları rədd edib.