Google hesab parametrlərdində vacib dəyişiklik

Google gizlilik parametrləri interfeysində dəyişikliklər edib

Google gizlilik parammetrlərini daha asan tapmağımız üçün hesab parametrləri səhifəsini gözdən keçirib.

Google xidmətlərindəki gizlilik parametrlərini tapmaq artıq daha asan olacaq. Google öz bloqunda etdiyi açıqlamada hesab parametrlərinin istifadəsini biraz da asanlaşdırdığını və sadələşdirdiyini bildirib.

Təxminən bir həftədir gedən dəyişikliklər sayəsində Android istifadəçiləri Google Account səhifəsində parametrlər içərisində axtarış edə bilirlər.

Yenidən işlənən interfeys gizlilik parametrlərini tapmağı asanlaşdırır. Əlavə olaraq, hesabınızda səhv olan bir şeylər olarsa Google bu barədə sizi xəbərdar edəcək.

Google-ın açıqlamasına əsasən, dəyişikliklər qarşıdakı aylarda veb brauzerlərə, iPhone və iPad-ərə də tətbiq ediləcək.

Yeni interfeys çox həyəcanverici bir yenilik olmasa da, bu zamanlarda gizlilik önə çıxan bir məsələdir və texnologiya şirkətləri məlumatlarımızı necə topladıqları məsələsində şəffaflığa üstünlük verirlər.