Əfsanə oyunlar olan "Tic Tac Toe" və "Solitaire" artıq Google-ın ana səhifəsi üzərindən birbaşa oynanıla bilir. Oyunları oynamaq üçün axtarış motorunun ünvan sətirinə oynamaq istədiyiniz oyunun adını yazmaq və axtarış vermək kifayətdir. Axtarış nəticələrinin ən üst sırasında axtardığınız oyunun çıxdığını görəcəksiniz.
Oyunları yalnız masaüstü kompüterdən yox eləcə də mobil brauzerdən əldə etmək mümkündür. Mənbə: Texnologiya.az Məlumatı paylaşarkən istinad göstərilməsi mütləqdir .