Google Allo yeniləndi!

Google Yahoo və WhatsApp-a rəqib olmasını istədiyi Allo-ya əhəmiyyətli yeniliklər gətirdi! Texnologiya nəhəngi Google böyük gözləmələrlə istifadəyə təqdim etdiyi Allo söhbət tətbiqindəki Emoji qısayol düyməsində əhəmiyyətli yeniliklər etdi . Bu yeniliklə birlikdə "Smart Smiley" düyməsi yalnız Emoji klaviatura ekrana gətirməklə kifayətlənməyəcək, həmçinin yazma vərdişlərinizə bağlı olaraq Emoji və sticker-lardan ibarət bir siyahı də təqdim edəcək. Bu yeni xüsusiyyət hələlik yalnız İngiliscə olacaq.   Allo-nun alqoritminin bir davamı olan bu xüsusiyyət indiyə qədər mətn mesajlarına tək toxunmaqla təqdim edilən müəyyən qarşılıqlar üçün istifadə edilirdi. Bu da istifadəçilərin söhbət etmə vərdişlərinə söykənirdi. Bu təkliflər artıq Emoji və sticker-ləri də əhatə edəcək.   Google-un yeni Harry Potter filmi 'Fantastic Beasts and Where to Find Them' ilə olan əməkdaşlığının da əhəmiyyətli üstünlüklər təmin edəcəyini ifadə edək. Çünki bu mövzu ilə təqdim ediləcək yeni bir sticker ardıcıllığının böyük bir maraq görməsi gözlənilir. Tətbiqə gələn yeniliklər arasında söhbətlər üçün təqdim edilən yeni mövzular da vardır .