Məhşur mini kamera istehsalçısı GoPro, yeni modeilini təqdim etdi. GoPro-nun CEO-su Nick Woodman giriş səviyyəsində bir kamera təqdim etdiklərini açıqladı. Hero adlandırılan bu kamera, eyni ilə Hero5 və Hero6 ilə görünüş bənzərliyi var. Amma bəzi texniki xüsusiyyətlərə görə bu modellərdən geri qalır. Sadəcə Hero adlandırılan bu model 199$-dan satışa təqdim edilib.
Hero kamerasının digərlərindən əsas fərqi, 4K və superslow-motion özəlliyinə sahib olmamasıdır. Kamera yalnız saniyədə 6 kvadratlıq 1440p çəkim sürətinə malikdir. Bu kamerada Ambarella çipindən istifadə olunur. 10 MP çəkilişə sahibdir və toxunma funksiyası ilə də istifadə oluna bilir. 33ft (10 m) suya davamlıdır. Kamera 2.0 dyüm ekrana malikdir. Cihazda səs ilə idarə etmədə var.
Bundan sonra şirkət qarşısına qoyduğu məqsəd isə giriş səviyyəsində daha çox cihazların hazırlanması və bu sahəyə sərmayenin çoxaldılmasını əsas şərt kimi qeyd edib.