Game Of Thrones-un finalını sızdıran 30 milyon $ cərimə ödəyəcək

Game Of Thrones serialının istehsalçısı serialın final bölümü haqqında məlumat sızdırlmasının qarşısını almaq məqsədilə aktyor heyətinə 30 milyon $ dəyərində müqavilə imzalatdı.

Görünür, bütün dünyada izlənmə rekordları qıran ekran işinin 2019-cu ildə çıxacaq final sezonu üçün müstəsna tədbirlər görülür.

Bundan əvvəl bəzi sızdırma halları baş verdiyinə görə serialın final seriyası bir neçə versiyada çəkilmişdi və aktyorlara ssenarinin tam variantı təqdim edilməmişdi. İndi isə istehsalçılar bu tədbirlərə sərvət dəyərində olan bu müqavilə məsələsini də əlavə etdilər.

Aktyorlar ssenarini oxumalı olduqlarına görə, serialın ssenarisi haqqında ən kiçik detallar belə sızarsa, şübhəli şəxsə 30 milyon $ cərimə tətbiq olunacaq.

Qeyd edək ki, Game Of Thrones-un səkkizinci və final sezonu 6 bölümdən və iddialara əsasən, hər seriya da 90 dəqiqədən ibarət olacaq

.